Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında İlham Əliyevin nitqi

19 iyul 2011, 14:40
Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılışında İlham Əliyevin nitqi

- Sabahınız xeyir olsun. Ürəkdən təbrik edirəm. Xızıda belə gözəl müalicə-diaqnostika mərkəzinin açılışı əlamətdar hadisədir. Bu bina həm xarici görünüşünə görə gözəl memarlıq əsəridir, həm də ki, burada bütün tibbi xidmətin olması çox sevindiricidir: həm poliklinika şöbəsi, stasionar şöbə, əməliyyatxanalar, reanimasiya otaqları və diaqnostika şöbəsi. Burada bütün standartlar dünya səviyyəsindədir və belə də olmalıdır. Azərbaycanda, bölgələrdə yeni tikilmiş və təmir edilmiş bütün səhiyyə ocaqları ən yüksək standartlara cavab verməlidir.

Bildiyiniz kimi, Xızı rayonu əhali baxımından o qədər də böyük deyildir. Ancaq buna baxmayaraq, qərar verilmişdi ki, Dövlət Neft Şirkəti Xızıda müasir müalicə-diaqnostika mərkəzi tiksin. Mən bu gün çox şadam ki, sizinlə bərabər bu mərkəzin açılışında iştirak edirik. Mənə verilən məlumata görə, Xızı rayon xəstəxanası o qədər də yaxşı vəziyyətdə deyil və göstəriş verəcəyəm ki, bəlkə bu mərkəzdə rayon xəstəxanası da fəaliyyət göstərsin. Onda indiki xəstəxananın təmirinə ehtiyac qalmayacaq və eyni zamanda, ola bilər ki, biz bu müalicə-diaqnostika mərkəzinin təyinatına da müəyyən düzəlişlər edək, burada sanatoriya xidməti də göstərilə bilər. Bir sözlə, Azərbaycanda səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində növbəti gözəl addım atılmışdır. Artıq Xızıda da yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün bütün şərait var.

Bütövlükdə ölkəmizin bütün bölgələrində müasir diaqnostika-müalicə mərkəzləri tikilir. Həm Dövlət Neft Şirkətinin xətti ilə, eyni zamanda Səhiyyə Nazirliyinin xətti ilə həm təmir-bərpa işləri aparılır, yeni xəstəxanalar, diaqnostika mərkəzləri tikilir və artıq biz bu işlərin nəticələrini də görürük. İnsanların sağlamlığı bizim üçün birinci dərəcəli məsələdir, prioritet məsələdir. Əlbəttə, sağlamlığı təmin etmək üçün ilk növbədə, səviyyəli tibbi xidmət göstərilməlidir, xüsusilə diaqnostika imkanları da yüksək səviyyədə olmalıdır. Son illər ərzində Azərbaycanda – həm Bakıda, həm də bölgələrdə yaradılmış imkanlar yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Müalicə-diaqnostika mərkəzlərində bütün xidmətlər pulsuzdur və mən bir daha hər bir Azərbaycan vətəndaşına tövsiyə edirəm ki, ildə bir dəfə müayinədən keçsin. Nəzərə alsaq ki, indi müalicə-diaqnostika mərkəzlərində ən müasir avadanlıqlar quraşdırılıb, bunu etmək üçün bütün imkanlar var.

Beləliklə, xəstəliyin qarşısını almaq üçün, profilaktik tədbirlərin görülməsi üçün gözəl şərait yaradılmışdır. Bildiyiniz kimi, bu yaxınlarda Bakı şəhərində yeni böyük Sağlamlıq Mərkəzinin təməli qoyulmuşdur. Ondan əvvəlki dövrdə həm Bakıda, həm də bütün bölgələrdə yeni səhiyyə ocaqları tikilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında da növbəti illərdə yeni xəstəxanaların tikintisi nəzərdə tutulur və beləliklə, bir neçə ildən sonra, demək olar ki, Azərbaycanda, bütün bölgələrdə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün şərait yaradılacaqdır.

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin siyasəti sosialyönümlüdür, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşları sağlam olmalıdır. Ona görə biz bu şəraiti yaradırıq, insanların sağlamlığı üçün, gənc nəslin sağlamlığı üçün başqa tədbirlər də görülür. Bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir, ekoloji tədbirlər gücləndirilir, ölkəmizdə həyata keçirilən böyük su layihələri də məhz bu məqsədi güdür. Həkimlər yaxşı bilir ki, insanın sağlamlığı üçün ilk növbədə, təmiz, keyfiyyətli su olmalıdır, keyfiyyətli qida olmalıdır. Ona görə bu istiqamətdə görülən işlər əlbəttə ki, sevindiricidir. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daha da böyük işlər görməliyik və görəcəyik.

Bütövlükdə ölkəmizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. İqtisadi inkişaf sürətlidir, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi artıq özünü tanıtdırıb və qəbul edilmiş proqramlar, xüsusilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı bizə imkan verir ki, ölkəmiz hərtərəfli inkişaf etsin.

O cümlədən Xızı rayonunda da müsbət dəyişikliklər göz qabağındadır. Rayonun infrastrukturunun inkişafı üçün çox vacib tədbirlər görülmüşdür, yol çəkilibdir. Həm magistral yol – Bakı-Rusiya sərhədi magistral yolunun bir hissəsi xızılılara da xidmət edir, eyni zamanda, trasdan Xızıya çəkilmiş yeni yol da yüksək səviyyədədir. Mənə indi verilən məlumata görə, Xızıda işıq problemi yoxdur, qaz problemi yoxdur, qazlaşdırma demək olar ki, yüz faizə çatıbdır. Bu, böyük uğur, böyük nailiyyətdir. İndi içməli su-kanalizasiya layihələri icra edilir, əminəm ki, yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaqdır. Məktəblərin tikintisi, təmiri gedir, gözəl diaqnostika-müalicə mərkəzi tikilibdir. Yəni insanların sağlamlığı, normal yaşaması üçün bütün şərait var.

Azərbaycanda kənd təsərrüfatının inkişafı, turizmin inkişafı sürətlə gedir, o cümlədən Xızı rayonunda da gedir və daha da sürətlə getməlidir. Mən hesab edirəm, növbəti illərdə biz çalışmalıyıq ki, burada yeni mehmanxanalar, turizm obyektləri tikilsin ki, həm rayon daha da sürətlə inkişaf etsin, həm də Azərbaycan vətəndaşları və xarici qonaqlar gəlib burada istirahət etsinlər.

Mən sizi bu gözəl hadisə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə uğurlar, cansağlığı arzulayıram və arzu edirəm ki, Xızıda həmişə işlər yaxşı getsin. 

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11