Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən

23 aprel 2018, 13:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Ölkə rəhbəri kimi yüksək vəzifəyə yenidən seçilməyiniz təkcə Azərbaycan xalqının Sizə bəslədiyi etimadın göstəricisi deyil, eyni zamanda, Azərbaycan Respublikasının inkişafı naminə verilmiş mandatdır.

Pakistan və Azərbaycan strateji tərəfdaşlar olmaqla yanaşı, onlar həm də aralarında qədim mədəniyyət bağları və ortaq adət-ənənələri olan qardaş dövlətlərdir. Zati-aliləri, Sizin ötən ilin mart ayında Pakistana səfəriniz ölkələrimiz arasında mövcud olan dostluq və xeyirxah münasibətlərə əlavə stimul verdi. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələri Pakistan və Azərbaycan xalqlarının ortaq maraqları naminə bundan sonra da möhkəmləndirmək istiqamətində Sizinlə yaxından işləmək niyyətindəyik.

Yaranmış imkandan istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və yüksəliş arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Məmnun Hüseyn

Pakistan İslam Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55