İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səuddan

20 aprel 2018, 16:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Zati-alinizin yenidən Prezident seçilməyi münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə ən gözəl təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına isə daha yüksək inkişaf və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, qardaş ölkələrimizi və xalqlarımızı bir-birinə sıx bağlayan əlaqələri yüksək dəyərləndirir və onu bütün sahələrdə gücləndirmək və inkişaf etdirməyə çalışırıq.

Zati-alinizə hörmət və ehtiramla, Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi,

Səudiyyə Ərəbistanı Kralı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55