Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaodan

19 aprel 2018, 20:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq yenidən Prezident seçilməyinizdən məmnun oldum. Bu uğur son illərdəki liderliyinizin Azərbaycan Respublikasının xalqı tərəfindən yüksək qiymətləndirilməsi və Sizin rəhbərliyinizlə ölkənin böyük gələcəyi ilə bağlı xalqda olan gözləntilərin gözəl nümayişidir. Bu xoş anda mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

“BAKUTEL 2016” və “BAKUTEL 2017” sərgilərində Sizinlə görüşməkdən böyük şərəf duydum. Ölkənizdə və dünyada sosial-iqtisadi inkişafın təmin edilməsində informasiya və kommunikasiya texnologiyalarının yaratdığı imkanlar barədə Sizdə olan dərin biliklər və ümumiyyətlə bu sahəyə, kiçik və orta müəssisələrə, xüsusən də Beynəlxalq Telekommunikasiya İttifaqına göstərdiyiniz güclü dəstəyiniz mənə çox müsbət təəssürat bağışladı. Azərbaycan Respublikası Asiya-Avropa yol xəttinə qoşulmaqla mühüm bir mərkəzə çevrildi. Sizi əmin etmək istərdim ki, ölkəniz və regionunuz üçün ümumi maraq doğuran bütün işlərdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə sadiq olaraq qalırıq.

Gələcək işlərinizdə Sizə böyük uğurlar diləyirəm.

Hörmətli cənab Prezident, mənim ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Houlin Çjao

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55