Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqdan

19 aprel 2018, 19:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və Yeni Azərbaycan Partiyasına təbriklərimi qəbul edin. Ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da firavanlaşacaq, regional və qlobal sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcək. Vyetnam Kommunist Partiyası və hökuməti Azərbaycan Respublikası ilə ənənəvi dostluq münasibətlərini və müxtəlif sahələrdə əlaqələri genişləndirərək Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi Sizinlə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Nquyen Phu Tronq

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55