Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

19 aprel 2018, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Vurğulamaq istərdim ki, Azərbaycan xalqı öz ölkəsinin inkişafına, əmin-amanlığına, təhlükəsizliyinə və sabitliyinə, rifah və uğurların təminatına səs verdi. Keçən dövr ərzində Sizin ölkənizin siyasi, iqtisadi və mədəni sahələrdə inamlı inkişafının şahidi olduq. Əminəm ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan Respublikası daha böyük uğurlara nail olacaq.

Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq, möhkəm mədəni əlaqələr və uğurlu əməkdaşlıq münasibətlərindən məmnunluq hissləri yaşamışlar. Xalqlarımız hər zaman öz gələcəkləri və ölkələrinin rifahı naminə bir-birinin yanında olublar. Ölkələrimiz öz suverenliyi və ərazi bütövlükləri naminə mübarizəyə birgə qoşulmuş və regionda sülhə və sabitliyə nail olmuşlar. İnanıram ki, strateji tərəfdaşlar olaraq, xalqlarımızın mənafeyi naminə əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi uğurlu nailiyyətlərə gətirib çıxaracaqdır.

Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə Zati-alinizə xoşbəxtlik, cansağlığı və ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55