Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlayndan

19 aprel 2018, 16:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Seçkilərin nəticəsi ölkə vətəndaşları tərəfindən Sizin rəhbərliyinizə və nailiyyətlərinizə verilən qiymətin təcəssümüdür. Məsuliyyətli və səriştəli dövlət başçılarına xüsusilə bu gün, dünyanın üzləşdiyi böyük çətinliklər dövründə hədsiz ehtiyac var.

Zati-aliləri, Sizinlə Bakıda və Nyu-Yorkda keçirilmiş görüşlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayırıq və Sizinlə, hökumətinizin nümayəndələri və Azərbaycan xalqı ilə aramızda yaranmış sıx əməkdaşlığı yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, bizim Sizinlə və ölkənizlə xüsusi münasibətlərimiz var və bir çox mühüm məsələlərdə Sizinlə əməkdaşlığı gələcəkdə də davam etdirmək niyyətindəyik.

Sizinlə ən qısa zamanda görüşməyə ümidvarıq və mövcud qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirməyi davam etdirmək istəyirik.

Ən xoş arzularla,

Malkolm Honlayn

Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55