“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, ordu generalı Mixail Yamnenkodan Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı Sergey Samuylovdan Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant Fikrət Vəliyevdən

19 aprel 2018, 15:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Ümidvarıq ki, yeni prezidentliyiniz dövründə Azərbaycanla Ukrayna arasında ümumi fundamental dəyərlərə və prinsiplərə, habelə qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan dostluq münasibətləri daha da dərinləşəcəkdir.

Regionda sabitlik və firavanlıq kimi ümumi məqsədlərə nail olunması, həmçinin Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının dəstəyi və yardımı ilə kazakların dirçəlişi yolunda fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Mixail Yamnenko

“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai

Təşkilatının prezidenti, ordu generalı

Sergey Samuylov

Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı

Fikrət Vəliyev

Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00