Beynəlxalq Güləş Federasiyasının sabiq prezidenti Rafael Martinettidən

19 aprel 2018, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Seçkilərdəki parlaq qələbəniz ölkənizi inkişaf etdirmək və Azərbaycan vətəndaşlarının rifahını yaxşılaşdırmaq istiqamətində gördüyünüz işlərə xalqınızın inam və etibarının təcəssümüdür.

Beynəlxalq Güləş Federasiyasının prezidenti vəzifəsində çalışarkən mən sizin güləşə və ümumilikdə idmana olan güclü dəstəyinizin şəxsən dəfələrlə şahidi oldum.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ailənizə xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Dərin hörmətlə,

Rafael Martinetti

Beynəlxalq Güləş Federasiyasının sabiq prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55