Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyadan

18 aprel 2018, 17:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, bu mühüm dövləti vəzifənizdə Sizə böyük uğurlar və əzmkarlıq arzulayıram.

Azərbaycan Respublikası vətəndaşlarının Sizə göstərdiyi etimad ölkənizdə təhlükəsizliyin qorunub saxlanılmasında, xalqın milli birliyinin möhkəmlənməsində, başladığınız nəcib işi davam etdirməkdə Sizin üçün böyük stimul mənbəyi olacaq.

Əgər seçkilərdə ilk dəfə qalib gəlmək gələcəyə ümidlə baxmaq deməkdirsə, yenidən qələbə qazanaraq seçilmək ölkə rəhbərinin fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsinin və təsdiqlənməsinin bariz nümunəsidir.

Artıq bir neçə ildir ki, Azərbaycan Ümumdünya Gömrük Təşkilatının fəal üzvüdür. İnanıram ki, Sizin strateji xəttin davamlı olaraq reallaşması sayəsində Azərbaycan bu təşkilatla beynəlxalq ticarət prosedurlarının asanlaşdırılması və təhlükəsizliyinin təmin olunması sahəsində sıx əməkdaşlıq edəcək və dünya ölkələrinin bu sahədə uğur qazanmaları istiqamətində birgə səylərini davam etdirəcək.

Eyni zamanda, 2019-cu ildə Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisinin Azərbaycanda keçirilməsinə razılıq verdiyinizə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə bir daha səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə olan ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm.

Kunio Mikuriya

Ümumdünya Gömrük Təşkilatının baş katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55