Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqadan

18 aprel 2018, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Növbəti dəfə Azərbaycan Prezidenti seçilməyiniz Azərbaycan xalqının Sizə olan böyük inamını və ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələri və güclü liderliyinizin nəticələrini bir daha sübut edir.

Monqolustan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələrini və bir çox sahələrdə, o cümlədən siyasət, iqtisadiyyat, kənd təsərrüfatı, mədəniyyət, təhsil və idman sahələrində mövcud olan əməkdaşlığı dinamik inkişaf etdirmək üçün ölkələrimizin böyük potensialı var.

Tam əminəm ki, qarşılıqlı səylərimiz nəticəsində ölkələrimiz arasındakı əməkdaşlıq yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Əliyev, Sizə möhkəm cansağlığı, uğurlar və ən xoş arzularımı çatdıraraq, Sizə münasib bir vaxtda Sizi Monqolustana səfər etməyə dəvət edirəm.

Dərin hörmətlə,

Xaltmaaqiyn Battulqa

Monqolustan Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55