18:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Aprelin 11-də prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan Respublikasının qardaş xalqına Venesuela xalqı və hökuməti adından ən səmimi təbriklərimi çatdırıram.
Venesuela Bolivar Respublikasının hökuməti Azərbaycanda mövcud olan seçki sistemini yüksək qiymətləndirir və bu prosesin hörmət, sülh, harmoniya və yüksək seçici fəallığı şəraitində keçirilməsini, eləcə də yüksək səviyyədə təşkil olunmasını alqışlayır. Bütün bunlar xalqlarımızın öz hökumətlərini və ölkəni idarəetmə formasını seçmək üçün öz müqəddəratlarını və suverenliklərini təyin etmək hüquqlarından tam istifadə etməsinə zəmanət verir.
Venesuela Bolivar Respublikasının hökuməti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmiş Zati-aliləri, cənab İlham Əliyevi təbrik edir və ölkələrimiz arasındakı dostluq münasibətlərini həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də xalqlarımız üçün daha bərabərhüquqlu, ədalətli və insani mühitlə təmin olunmuş çoxqütblü və çoxmərkəzli dünyanın qurulması istiqamətində bizim ölkələrimizin də daxil olduğu Qoşulmama Hərəkatının “Üçlük” qrupu çərçivəsində öz səylərini günbəgün daha da möhkəmləndirmək və inkişaf etdirmək niyyətini bildirir.
Nikolas Maduro
Venesuela Bolivar Respublikasının Prezidenti
Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında...
24 fevral 2025, 11:13Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş...
23 fevral 2025, 11:52Hörmətli cənab Prezident.
Qayana Kooperativ Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından...
23 fevral 2025, 11:50Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və...
23 fevral 2025, 11:48