Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin baş direktoru Akkan Suverdən

16 aprel 2018, 16:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezidentimiz çox hörmətli İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə Mərmərə Qrupu Vəqfinin üzvləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi bildiririk.

Siz Azərbaycanı dünəndən bu günə, dünyada qəbul edilən müasir və modern səviyyəyə sülh və sabitlik içində çatdırmısınız. Xidmətləriniz Azərbaycanın rifahı, əmin-amanlığı və inkişafı ilə bərabər, bölgədə sülhə, təhlükəsizliyə və sabitliyə də töhfə verir.

Yenidən Prezident seçilməyinizdən duyduğumuz böyük sevincimizi təbriklərimizlə ali diqqətinizə çatdırırıq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik diləyirik.

Dərin ehtiramla,

Akkan Suver

Mərmərə Qrupu Strateji və

Sosial Araşdırmalar Vəqfinin baş direktoru

Türkiyə Respublikası, İstanbul şəhəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55