Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

15 aprel 2018, 13:44

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin inamlı qələbəniz Azərbaycan Respublikasının davamlı və hərtərəfli inkişafına yönəlmiş siyasi xəttinizə Azərbaycan xalqının etimadının parlaq sübutudur.

İnanıram ki, qarşılıqlı hörmət və etimada əsaslanan Qırğızıstan-Azərbaycan münasibətləri birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55