Skandinaviya ölkələrində yaşayan azərbaycanlılardan

15 aprel 2018, 11:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Skandinaviya ölkələrində yaşayan çoxminli azərbaycanlılar adından təbrik edirik.

Biz - Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar siyasi baxışlarımızdan asılı olmayaraq, hər birimiz azərbaycanlı kimliyimizlə, bir millətin övladları olmağımızla fəxr edir, siyasi təlatümlərin baş verdiyi dünyamızda var olan dövlətimiz və dalğalanan bayrağımızla qürur hissi keçiririk. Azərbaycandan kənarda yaşasaq da, Ana Vətənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Hesab edirik ki, damarlarında azərbaycanlı qanı axan hər bir kəs bu hisslərlə yaşamalıdır.

Siz Prezident kimi ölkəyə başçılıq etdiyiniz ötən illər ərzində Azərbaycan dünya birliyində siyasi və iqtisadi çəkisinə görə regionun mühüm dövləti kimi öz yerini möhkəmləndirmiş, mürəkkəb coğrafi məkanda yerləşməsinə, Ermənistan tərəfindən təcavüzə məruz qalaraq 20 faiz torpaqlarının işğal olunmasına və bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün probleminin olmasına baxmayaraq, Vətənimiz inanılmaz dərəcədə dəyişmiş, gözəl Bakımız isə yaşadığımız Avropa şəhərlərindən heç də geri qalmır. Avropa ölkələrinin 100 ilə keçdiyi inkişaf yolunu Azərbaycan müstəqil dövlət kimi var odluğu bu illər ərzində məharətlə adlaya bilmişdir. Biz hər il Vətənə gələndə dəyişmiş, daha da gözəlləşmiş bir Azərbaycanın şahidi oluruq.

Möhtərəm cənab Prezident,

İnanırıq ki, növbəti prezidentlik dövründə də Siz bütün bilik və bacarığınızı sərf edərək dövlətimizin siyasi, iqtisadi və hərbi sahədə inkişafını, xalqın rifah halının daha da yüksəldilməsini təmin edəcək, Azərbaycanı təkcə bizim and yerimizə deyil, həmçinin dünya dövlətlərinin və xalqlarının cazibə mərkəzinə çevirə biləcəksiniz.

Allah yardımçınız olsun!

Skandinaviya ölkələrində yaşayan azərbaycanlılar adından dərin hörmətlə,

Vasif Muradlı – Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri

Təranə Nəzərova – Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri

Səttar Sevgin – Azərbaycan Federasiyasının (İsveç) sədri

Səməd Fərtaş – Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (İsveç) sədri

Rasim Cabbarov – Min rost (Mənim səsim) Cəmiyyətinin (İsveç) sədri

Vəfa Babayeva – Xatun Cəmiyyətinin (İsveç) sədri

Nadir Holenbrat – Azərbaycan Naminə Cəmiyyətinin (İsveç) sədri

Dadaş Aslanzadə - Savalan Cəmiyyətinin (İsveç) sədri

SƏNƏDLƏR Sərəncamlar 13 mart 2025
12:28
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 2008-ci il 23 may tarixli 2834 nömrəli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə...

13 mart 2025, 12:28
SƏNƏDLƏR Fərmanlar 13 mart 2025
12:26
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

13 mart 2025, 12:26