Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri professor Klaus Şvabdan

14 aprel 2018, 14:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Əvvəlki illərdə hədəf seçdiyiniz islahatlar yolu və ixracın şaxələndirilməsi gündəliyinin davam etdirilməsində Sizə səmimi qəlbdən uğurlar arzulayıram.

Sizi 2019-cu il yanvarın 22-25-də İsveçrədə, Davos-Klostersdə keçiriləcək Dünya İqtisadi Forumunun 49-cu illik görüşünə dəvət etməkdən məmnunluq duyuram.

Bu ilin yanvar ayında keçirilən illik görüş bir daha nümayiş etdirdi ki, ilin əvvəllərində qlobal gündəliyi formalaşdıran çoxtərəfli toplantıya həmişəkindən daha böyük ehtiyac var idi.

Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirmək istiqamətində davam edən səylərlə yanaşı, Azərbaycanın Çin və Avropa arasında tranzit qovşağı kimi artan vacib rolunu nəzərə alaraq, Sizin tədbirdə iştirakınız ölkənizin regional və beynəlxalq əməkdaşlığa töhfəsini daha da artıracaq.

Görüşdə iştirak edəcək 3 min hökumət, biznes və vətəndaş cəmiyyəti lideri adından, Sizin tədbirdə fəal iştirakınızı səbirsizliklə gözləyirəm.

Hörmətlə,

Professor Klaus Şvab

Dünya İqtisadi Forumunun

təsisçisi və icraçı sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55