Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru Ayvor İçikovitzdən

14 aprel 2018, 12:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə yeni uğurlar diləməkdən olduqca məmnunam.

Seçkilərdəki parlaq qələbəniz münasibətilə Sizi “Paramount Group” şirkəti adından və şəxsən öz adımdan təbrik edir, gözəl ölkənizə dəstəyimizi əsirgəməməyə sadiq olduğumuzu bildiririk.

Azərbaycan Respublikası ilə əməkdaşlığımızı daha da genişləndirmək məqsədilə strateji qərar qəbul etmişik və Sizin ölkənin inkişafı naminə irəli sürdüyünüz təşəbbüslərə dəstək olaraq müəssisəmizin ölkənizdə digər hansı sahələrdə sərmayə yatıra biləcəyi və ən müasir texnologiyaları təklif edəcəyi imkanlarını araşdırmaq niyyətindəyik.

Zati-alinizə dərin hörmətlə,

Ayvor İçikovitz

Afrikadakı “Paramount Group” şirkətinin icraçı direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55