ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleksis Şahtaxtinskidən

14 aprel 2018, 11:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsində mürəkkəb beynəlxalq şəraitdə başlanan yeni 7 illik prezidentlik mandatınız Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi ilə əlamətdar olacaq, ölkənin iqtisadi inkişafına yeni təkan verəcək, onun suverenliyinin qorunub saxlanması və ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə Silahlı Qüvvələrin möhkəmlənməsinə xidmət edəcək.

Azərbaycan xalqı Sizin son 15 ildə apardığınız böyük dövlətçilik işini, xüsusən əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə və dövlətimizin dünya arenasında nüfuzunun artmasına (buna görə mən peşəkar diplomat kimi çox fəxr edirəm) Sizin şəxsi töhfənizi yüksək qiymətləndirib. Şəxsən mən dünən ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etdim və bu, mənim həyatımda ən mühüm hadisələrdən biri oldu.

Əminəm ki, Siz xalqın yüksək etimadına güvənərək Azərbaycanın uğurlarını daha da artıracaqsınız. Bu işdə əlimdən gələn köməyi etməyə hazıram. Mənim üçün çətin vaxtda mənə göstərilmiş dəstəyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm və bundan sonra da Sizin sərəncamınızdayam.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli vəzifənizdə yeni uğurlar arzu edirəm. Azərbaycan xalqına Sizin rəhbərliyinizlə sülh və firavanlıq diləyirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 100 il, müstəqilliyimizin bərpasından və ölkəmizin tamamilə dağılmaqdan xilas olmasından 25 il sonra Azərbaycan qətiyyətlə irəli gedir. Bu gün bütün bunlar Sizin xidmətinizdir. Ulu Tanrı bundan sonra da ali dövləti vəzifənizi yerinə yetirməkdə Sizə kömək olsun.

Dərin hörmətlə,

Aleksis Şahtaxtinski

ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05