Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru Noor Əlidən

13 aprel 2018, 18:28

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Worldwide News” elektron qəzetinin kollektivi adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu seçkilər Azərbaycanın ölkədə demokratiyanın inkişafına sadiq olduğunu bir daha təsdiq etdi. Seçkilərdə inamlı qələbəniz xalqın Sizə hörmət və ehtiramının təsdiqidir.

Zati-aliləri, Siz hakimiyyətdə olduğunuz bütün dövrlərdə ölkədə demokratiyanın inkişafına, həmrəyliyin möhkəmlənməsinə böyük önəm vermisiniz. Əminəm ki, Siz qazandığınız təcrübə və nüfuz sayəsində Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq istiqamətində həyata keçirilən siyasi kursu uğurla davam etdirəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkənizə tərəqqi və xalqınıza xoşbəxtlik arzu edirəm.

Sizə və ölkənizə dərin ehtiramımı bildirir və Uca Allahdan xeyir-dualar diləyirəm.

Hörmətlə,

Noor Əli

Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05