Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

12 aprel 2018, 18:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən prezident vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzu əyani şəkildə təsdiqləyir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində xidmətlərinizin etiraf olunmasına dəlalət edir.

Sizin ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səylərinizi Rusiyada yüksək qiymətləndirirlər. Əminəm ki, biz birgə səylərimizlə bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin daha da genişlənməsini təmin edəcəyik. Bu, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına uyğundur.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55