İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən

12 aprel 2018, 13:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu seçim Azərbaycan Respublikası xalqının hökumətin proqramlarını dəstəkləməsinin, həmçinin Sizin rəhbərliyinizlə ölkənizin inkişafı və rifahı yolunun davam etdirilməsində maraqlı olduğunun göstəricisidir.

Əminəm ki, xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafı prosesi hər iki ölkə rəsmilərinin birgə səyləri ilə bundan sonra da əzmlə davam etdiriləcəkdir.

Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının xalqına isə rifah və başucalığı arzulayıram.

Hörmətlə,

Həsən Ruhani

İran İslam Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55