İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini qəbul edib

12 aprel 2018, 13:10
İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.

Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnun qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 21 aprel 2025
16:40
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...

21 aprel 2025, 16:40