İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşüb

05 aprel 2018, 11:40
İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransına böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev gələn ildən ölkəmizin bu mühüm quruma sədrlik edəcəyini və təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırdı. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğuladı ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

gallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55