İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

29 mart 2018, 14:40
İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Bakıda gördükləri inkişaf və gözəlliyin onlarda dərin təəssürat hissi yaratdığını dedi və ilk növbədə, paytaxtımızın arxitekturasını uğurla himayə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını və təbriklərini çatdırdı. Tomas Vonier bildirdi ki, səfərin əsas məqsədi Beynəlxalq Memarlar İttifaqının Bakıda keçirilən büro iclasında iştirak etməkdir. O dedi ki, Beynəlxalq Memarlar İttifaqının bu tədbirin Bakıda təşkili ilə bağlı 134 üzv ölkə içərisindən Azərbaycanı seçməsi rəhbərlik etdiyi qurumun ölkəmizə verdiyi böyük önəmin göstəricisidir.

“Bakı çox gözəl şəhərdir”, - deyən Tomas Vonier həmkarlarının ilk dəfə burada olduqlarını və gördüklərindən heyran qaldıqlarını vurğuladı. Bakı Bulvarının, şəhərdəki işıqlandırmanın xüsusi gözəlliyə malik olduğunu qeyd edən qonaq bütün bu inkişaf proseslərinin təcrübə mübadiləsi baxımından böyük maraq doğurduğunu dedi.

Dövlətimizin başçısı Bakının xeyli sayda tarixi abidələrə malik qədim bir şəhər olduğunu qeyd edərək bütün bunların milli sərvətimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin böyük memarlıq dəyərinə malik olduğunu bildirərək dedi ki, əsas məqsəd bu tarixi irsi qorumaqla bərabər, yeni inşa edilən müasir binaların şəhərin tarixi hissəsi ilə həmahəngliyini təmin etməkdən ibarət idi. Bu məqsədə demək olar ki, nail olduğumuzu qeyd edən Prezident İlham Əliyev, eyni zamanda, şəhər əhalisinin daha yaxşı həyat şəraitinin və istirahətinin təmin edilməsinin də əhəmiyyətini vurğuladı, Bakıda ictimai zonaların yaradılması ilə bağlı böyük işlərin görüldüyünü dedi. Bakı Bulvarının inkişafına toxunan Prezident İlham Əliyev bu tarixi arxitektura nümunəsinin 100 il bundan öncə inşa edildiyi zaman uzunluğunun 3,5 kilometr olduğunu bildirərək hazırda bulvarın uzunluğunun 16 kilometrə çatdığını, əhalinin və qonaqların ən sevimli istirahət yerlərindən birinə çevrildiyini məmnunluqla vurğuladı.

Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətinin ölkəmizə səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev qonaqların şəhərimizin inkişafı ilə bağlı rəylərinin öyrənilməsi, eyni zamanda, onların ölkəmizlə daha yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını bildirdi.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonier Azərbaycan Prezidentinin birbaşa himayəsi altında Bakıda həyata keçirilən inkişaf proseslərinin bir nümunə olduğunu qeyd etdi. Quruma üzv ölkələrdən olan memarların Bakıya səfəri zamanı çox şey öyrənə biləcəklərinə ümid etdiyini deyən Tomas Vonier paytaxtımızın bu baxımdan uğurlu məkan olduğunu bildirdi. Bakının tarixi irsin müasirliklə uzlaşdırılmasının gözəl nümunəsi olduğunu deyən qonaq vurğuladı ki, əfsuslar ki, bu cür gözəlliklərə malik olan şəhər haqqında dünyada bir o qədər də geniş məlumat yoxdur. Tomas Vonier rəhbərlik etdiyi qurumun “Əhəmiyyətli memarlıq və mədəni irsə malik şəhərlərdə turizmin təsiri” adlı beynəlxalq forumunun 2019-cu ildə Bakıda keçirilməsinin bu baxımdan əhəmiyyətli olacağını qeyd etdi.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30