Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə

22 mart 2018, 17:55

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini xüsusi qeyd etmək istəyirəm.

İnanıram ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və möhkəmlənməsi yolunda birgə addımlarımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və rifah diləyirəm.


Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2018-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55