Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

07 mart 2018, 18:49

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Əziz qardaşım.

Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55