11:50
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsdi.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib və həmin tədbirdə Heydər Əliyev Fondunun prezidentinə yeni korpusun inşası barədə məlumat verilib.
Yeni korpusun istifadəyə verilməsi ilə kursantlara daha keyfiyyətli təhsil vermək imkanları artıb. Burada zəngin ədəbiyyat fondu olan kitabxana yaradılıb, dərs otaqları ən yüksək səviyyədə qurulub və kursantların ixtiyarına verilib. Tədris ocağı müasir avadanlıqla təchiz olunub.
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin fəaliyyətə başlaması ilə Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyini təmin edəcək ixtisaslı zabit kadrların hazırlanması üçün 12 illik təhsil dövrünü əhatə edən mükəmməl hərbi tədris sistemi formalaşıb. Xüsusi Məktəb bu sistemin müstəsna əhəmiyyətli ilkin səviyyəsini təşkil edir. Yeni korpus istifadəyə verildikdən sonra burada təhsil alacaq kursantların sayının gələcəkdə 700 nəfərə çatdırılması mümkün olacaq.
Birinci vitse-prezident Mehriban Əliyeva hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşdü. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini dedilər.
Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim etdilər.
Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzuladı.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə imzaladığı Fərmana əsasan, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı təhsil müəssisəsi statusu verilib. 2015-ci ildən məzunları DSX-nin Akademiyasında təhsil alan məktəbin Nizamnaməsinə əsasən kursantların maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyat bacarıqlarına yiyələnmələri, milli mənəvi dəyərlərə malik, sağlam, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmaları onları Dövlət Sərhəd Xidmətinin Akademiyası üçün hazırlayır.
DSX Xüsusi Məktəbinin yeni korpusunun ümumi sahəsi 11 min kvadratmetrdir. Burada 23 ümumi, 8 ixtisaslaşmış tədris, məntiq, fərdi hazırlıq sinifləri və 400 nəfərlik yataq otaqları yaradılıb. Kursantların idmanla məşğul olmaları üçün hərtərəfli şərait var. Təhsil ocağının su hovuzu müasir səviyyədə qurulub. Təhsil kompleksinin interaktiv atış kabineti də zəruri avadanlıqla təchiz edilib. Burada kursantlar atıcılıq üzrə vərdişlərini zənginləşdirirlər. Kursant yeməkxanasında da şəxsi heyətin qidalanması üçün zəruri şərait yaradılıb. Bütün kompleks üzrə videomüşahidə sistemi tətbiq edilib. Bunun sayəsində də tədris prosesi və kursantların dərsdən sonrakı fəaliyyətləri nəzarətdə saxlanılır. Burada kursantların asudə vaxtlarını faydalı keçirmələri, intellektual və yaradıcı məşğuliyyətləri üçün də geniş imkanlar yaradılıb. Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin ərazisində əsaslı tikinti-abadlıq işləri aparılıb, geniş yaşıllıqlar salınıb, 1000-dən çox ağac əkilib. İnşaat işləri zamanı kompleksdə müasir səviyyədə yeni sıra meydanı yaradılıb. Bundan başqa, kursantların atçılıq hazırlığı ilə məşğul olmaları üçün şərait var. Məktəbin ərazisində peyntbol və digər idman meydançaları da kursantların ixtiyarına verilib.
Sonda xatirə şəkli çəkdirildi.
























Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05