1. Giriş
Bu Dövlət Proqramı “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilib həyata keçirilmiş və 2013 -2017-ci illəri əhatə edən "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanmışdır.
Dağınıq skleroz baş və onurğa beyninin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəlikdir. Bu xəstəliyə ən çox 18-45 yaşlı insanlarda rast gəlinir, lakin bütün yaş qruplarında dağınıq skleroza təsadüf edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər xəstəliyin başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar.
Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyona yaxındır.
Dağınıq skleroz xəstəliyi ilə mübarizə, bir çox ölkələrdə olduğu kimi, respublikamızda da səhiyyənin aktual problemlərindən biridir. Azərbaycanda belə xəstələrin sayı 1000 nəfərə yaxındır və xəstələnmə halları ilbəil artmağa meyillidir. İl ərzində hər 100 000 nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılmışdır. Nəticədə xəstəliyin aşkarlanması işi yaxşılaşmış, fəsadlaşma hallarının sayı azalmışdır.
Dağınıq skleroz probleminin ölkəmiz üçün aktuallığını nəzərə alaraq, qeyd edilənlərlə yanaşı, belə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə ehtiyac vardır. “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018 - 2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur.
2. Dövlət Proqramının məqsədi
2.1. Dövlət Proqramının məqsədi dağınıq skleroz xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
2.2.1. dağınıq skleroz xəstəliyinin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması;
2.2.2. dağınıq skleroz xəstəliyinin ağırlaşmalarının qarşısının alınması;
2.2.3. dağınıq skleroz xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması;
2.2.4. xəstələrin spesifik dərman preparatları ilə davamlı təminatı;
2.2.5. dağınıq skleroz xəstəliyinə düçar olmuş şəxslərin bərpa müalicəsinin təşkili.
3. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət Proqramının icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Dövlət Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr
4.1. Dövlət Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakılara nail olunacağı gözlənilir:
4.1.1. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi;
4.1.2. dağınıq skleroz xəstəliyi ilə bağlı diaqnostika işinin yaxşılaşdırılması və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;
4.1.3. dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəldilməsi, həmin şəxslərdə ağırlaşma hallarının qarşısının alınması və onların ömrünün uzadılması;
4.1.4. əhalinin dağınıq skleroz xəstəliyinin profilaktikası ilə bağlı məlumatlandırılması.
5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı
Sıra №-si
|
Tədbirin adı
|
İcraçılar
|
İcra müddəti
(illər üzrə)
|
1
|
2
|
3
|
4
|
5.1. Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər
|
5.1.1.
|
Dağınıq skleroz xəstəliyinə düçar olmuş şəxslərin vahid elektron registrdə və məlumat bazasında qeydiyyatının davam etdirilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.2. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi
|
5.2.1.
|
Dağınıq skleroz xəstəliyinin diaqnostikası işinin yaxşılaşdırılması məqsədilə tibb müəssisələrinin maqnit-rezonans tomoqrafiya aparatları ilə təchiz edilməsi:
- Şirvan Şəhər Mərkəzi Xəstəxanası;
- Quba Rayon Mərkəzi Xəstəxanası
|
Səhiyyə Nazirliyi
|
2018-2019
|
5.2.2.
|
Dağınıq skleroz xəstəliyinin müalicəsinin səmərəliliyinin artırılması məqsədilə tibb müəssisələrinin plazmaferez aparatı ilə təchiz edilməsi:
- Akademik M.Mirqasmov adına Respublika Klinik Xəstəxanası;
- Kliniki Tibbi Mərkəz (Bakı şəhəri);
- 3 nömrəli Şəhər Klinik Xəstəxanası (Bakı şəhəri)
|
Səhiyyə Nazirliyi
|
2018-2020
|
5.2.3.
|
Dağınıq skleroz xəstəliyinin mərhələsinin müəyyənləşdirilməsi məqsədilə tibb müəssisələrinin zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin edilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.3. Dağınıq skleroz xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası
|
5.3.1.
|
Dağınıq sklerozlu xəstələrin zəruri dərman preparatları ilə davamlı təmin edilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.3.2.
|
Dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi
|
Səhiyyə Nazirliyi
|
2019
|
5.3.3.
|
Dağınıq sklerozlu xəstələr üçün sanator-kurort və bərpa müalicəsinin təşkili
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
1
|
2
|
3
|
4
|
5.4. Kadr hazırlığı
|
5.4.1.
|
Dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin peşə biliklərinin artırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.4.2.
|
Dağınıq skleroz xəstəliyi üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.4.3.
|
İlkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün dağınıq skleroz xəstəliyinin aşkarlanması və müalicəsi ilə bağlı treninqlərin təşkili
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.5. Dağınıq skleroza dair maarifləndirmə
|
5.5.1.
|
Dağınıq skleroz xəstəliyinə dair maarifləndirici ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|
5.5.2.
|
Kütləvi informasiya vasitələrində dağınıq skleroz xəstəliyinin profilaktikasına dair məlumatlar verilməsi
|
Səhiyyə Nazirliyi
|
mütəmadi
|