İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

23 fevral 2018, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizə səmimi salamlarımı çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayır, ölkənizin inkişafı və xalqınızın rifahı naminə səylərinizi yüksək qiymətləndirməkdən məmnunluq hissi duyuram.

İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünü qeyd etmək, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək səylərimizə əsaslanan tarixi dostluq münasbətlərimizdən dərin iftixar hissi keçirmək mənə böyük məmnunluq bəxş edir.

Qardaş Azərbaycana səfərlərim zamanı Zati-alinizin ölkənizin tərəqqisi və rifahı üçün davamlı töhfəsini əks etdirən, iqtisadiyyat, siyasət, mədəniyyət və elm sahələrində qazanılan böyük nailiyyətlərin şahidi olmuşam. İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan regional və qlobal təhlükəsizliyin, sabitliyin təmin olunmasında oynadığı mühüm rolunu davam etdirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək, strateji tərəfdaşlığımıza söykənərək bu münasibətləri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün daha yeni səviyyələrə qaldırmaq, eləcə də ümumi məqsədimiz olan sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində səylərimizi dəstəklədiyimizi bir daha bəyan edirəm.

Zati-aliləri, Sizə müvəffəqiyyət və cansağlığı, fəaliyyətinizə Uca Allahdan xeyir-dualar diləyir, əziz Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Qardaşınız,

II Abdullah ibn Al Hüseyn

İordaniyanın Kralı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55