16:20

Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirdi. Yüksək səviyyədə qarşılıqlı səfərlərin müntəzəm olaraq həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev son illər ərzində İran İslam Respublikası Prezidenti ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı İran İslam Respublikasına son səfərini məmnunluqla xatırlayaraq, həm Ali rəhbərlə, həm də Prezidentlə məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. Dövlətimizin başçısı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.
Müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O qeyd etdi ki, İran İslam Respublikasının Ali rəhbəri öz çıxışlarında həmişə İranın Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq, bərabər qonşuluq münasibətləri olduğunu bildirib. O, İran İslam Respublikasının xarici siyasətində qonşu ölkələrə, xüsusilə Azərbaycana böyük önəm verdiyini dedi.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf...
10 oktyabr 2026, 13:50Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq,...
10 oktyabr 2026, 10:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prez...
10 oktyabr 2026, 10:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (C...
10 oktyabr 2026, 10:42Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.
09 oktyabr 2026, 16:25