İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul etmişdir

05 iyul 2011, 17:00
İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul etmişdir

Prezident İlham Əliyev Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalı qəbul etmişdir.

Moldova Respublikası Qaqauz Yerinin Başqanı Mixail Formuzalın Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bunu Azərbaycan ilə Moldova arasında münasibətlərin göstəricisi kimi qiymətləndirdi.

Dünya azərbaycanlılarının III qurultayında iştirakını Azərbaycan ilə Moldova arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirən Mixail Formuzal rəhbərlik etdiyi qurumun Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Moldovadakı səfirliyi ilə sıx əlaqələr qurduğunu dedi. Mixail Formuzal münasibətlərimizin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etdi.

Dövlət başçısı Moldovaya ilk səfəri zamanı Azərbaycan xalqının mütəfəkkir şairi Nizami Gəncəvinin abidəsinin açıldığını xatırlayaraq, ölkələrimiz arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Qaqauzda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılmasını xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi.

SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:03
M.M.Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                        

Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.            ...

19 noyabr 2026, 10:03
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:02
M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                         

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...

19 noyabr 2026, 10:02
SƏNƏDLƏR Sərəncamlar 19 noyabr 2026
10:01
E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                           

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...

19 noyabr 2026, 10:01
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44