Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İbrahim Əsəd oğlu Hacıyev Azərbaycan Respublikasının Hindistan Respublikasında, eyni zamanda, Şri Lanka Demokratik Sosialist Respublikasında, Maldiv Respublikasında, Nepal Federal Demokratik Respublikasında, Banqladeş Xalq Respublikasında və Butan Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 yanvar 2018-ci il.