Makedoniya Respublikasının Prezidenti Gyorge İvanovdan

24 dekabr 2017, 09:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, şəxsən Sizə, ölkənizə və dost Azərbaycan Respublikasının xalqına ən səmimi salamlarımı və dərin ehtiramımı çatdırım.

Fürsətdən istifadə edərək, əvvəlcə Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətinə görə öz ehtiramımı bildirirəm. Bunu nəzərə alaraq, 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumunda iştirakla bağlı Sizin dəvətinizi məmnunluqla qəbul edirəm.

Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızın bütün sahələrində Sizə və əzizlərinizə yüksək nailiyyətlər arzu edirəm.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Gyorge İvanov

Makedoniya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55