20:50

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın bundan sonra da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu qeyd edildi.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı tarixə malik olduğunu və Böyük Britaniyanın Azərbaycanın ən böyük xarici investoru olduğunu vurğulayan Prezident İlham Əliyev BP şirkətinin Azərbaycanın qlobal enerji layihələrində əsas tərəfdaşı olmasının önəmini qeyd etdi. Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı gələcəkdə qeyri-energetika sahəsində də Böyük Britaniya şirkətlərinin həm investor, həm də podratçı kimi iştirakının genişlənməsində ölkəmizin maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı Baronessa Rona Feyrhedin ölkəmizə səfərinin iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed Azərbaycanın müstəqillik illəri ərzində əldə etdiyi nailiyyətlərin çox böyük təəssürat yaratdığını dedi. Energetika sahəsində əməkdaşlığa toxunan Baronessa Rona Feyrhed BP-Azərbaycan əlaqələrini çox mühüm tərəfdaşlıq əlaqələri kimi dəyərləndirərək hökumətinin bu sahədə əməkdaşlığın bundan sonra da davam etdirilməsi işinə sadiq qalacağını vurğuladı. Britaniya hökumətinin Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük önəm verdiyini deyən qonaq Azərbaycanın ölkəsinin mühüm strateji tərəfdaşı olduğunu bir daha qeyd etdi.
Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivləri ətrafında məsələlərə toxunularaq “Şahdəniz-2” layihəsinin uğurlu icrasının və “Azəri-Çıraq-Günəşli” müqaviləsinin uzadılmasının əhəmiyyəti vurğulandı.
Söhbət zamanı, həmçinin infrastruktur sahəsində Britaniya şirkətlərinin iştirakı, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, alternativ enerji, kənd təsərrüfatı, turizm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə,...
28 may 2025, 18:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev.
Müstəqillik Gününüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə...
28 may 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi,...
28 may 2025, 15:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük...
28 may 2025, 14:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın...
28 may 2025, 13:58