İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibini qəbul edib

05 dekabr 2017, 13:00
İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Dövlət başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirdi.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd etdi. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış olduğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 may 2025
12:42
Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli...

17 may 2025, 12:42