17:22
PDF yükləyin
11 sentyabr 2026, 17:22Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış etdi. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirdi. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxundu, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirdi.
Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan Prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğuladı. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlətimizin başçısı qeyd etdi ki, 2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.
Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlətimizin başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışdı.
Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd etdi, “Cənub Qaz Dəhlizi” layihəsindən danışdı, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirdi və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini dedi. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu dedi, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğuladı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxundu, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğuladı. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlətimizin başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. Prezident İlham Əliyev NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.
Sonra bir çox ölkələrin səfirləri çıxış etdilər və Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışdılar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndirdilər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd etdilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundular və münaqişənin həllinin zəruriliyini bildirdilər.
Sonda dövlətimizin başçısı NATO-dakı səfirlərin suallarını cavablandırdı.




PDF yükləyin
11 sentyabr 2026, 17:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş...
11 sentyabr 2026, 17:21Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed...
11 sentyabr 2026, 17:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M...
11 sentyabr 2026, 17:19Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl...
10 sentyabr 2026, 14:24PDF yükləyin
10 sentyabr 2026, 14:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl...
10 sentyabr 2026, 14:22Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər...
10 sentyabr 2026, 14:21Hörmətli cənab Baş katib,
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü ...
10 sentyabr 2026, 12:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill...
10 sentyabr 2026, 11:05Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən otuz beş il ərzində Sizin uz...
09 sentyabr 2026, 12:00