Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

22 noyabr 2017, 12:00

Zati-aliləri.

Xahiş edirəm, Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz.

Ölkələrimiz arasında mədəni və tarixi əlaqələrin daim güclü olduğunu qeyd etməkdən məmnunam. Səmimi fərəh hissi ilə bildirmək istərdim ki, biz ötən müddət ərzində dostluğa əsaslanan tərəfdaşlığımızın inkişafının şahidi olmuşuq. Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasındakı sıx tərəfdaşlıq əlaqələri qarşıdakı illərdə müxtəlif sahələrdə nəzərəçarpan nailiyyətlərlə daha da güclənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı olaraq dəstəklədiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, ən yüksək ehtiramımı və dost Azərbaycan xalqına sülh, sabitlik və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55