14:00
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 noyabr 2017, 19:23Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Sergey Viktoroviç, Sizi yenidən Azərbaycanda görməyə çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz bizim münasibətlərimizin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq. Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik.
Həmçinin ticari-iqtisadi sahədə yaxşı nəticələri qeyd etmək istərdim. Bu il bizdə ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb. Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər.
Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır.
Bir daha xoş gəlmisiniz. Əminəm ki, səfər, həmçinin münasibətlərimizin möhkəmlənməsi işində mühüm məqam olacaq.
x x x
Rusiyanın xarici işlər naziri Sergey LAVROV dedi:
-Hörmətli İlham Heydər oğlu, dəvətə və Sizinlə görüşmək imkanına görə çox sağ olun. Sizin siyasi dialoqumuza verdiyiniz qiymətlə tam razıyam. Lap bu yaxınlarda - noyabrın 1-də Rusiya Federasiyasının Prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik. Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ticarət dövriyyəsi bizim statistikaya görə, bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb. Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır.
Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetində çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Sabah məmnuniyyətlə bunu edəcəyəm. Həqiqətən də bizi birləşdirən əlaqələr çoxdur. Bir yaxşı nümunə: lap bu yaxınlarda Moskvada bizim kosmik proqramımızın banilərindən biri, SSRİ-nin Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovun 100 illiyi qeyd edilirdi. Düşünürəm ki, tariximizin bu cür dövrləri bizi əvvəlki kimi birləşdirməli və yeni qarşılıqlı münasibətlərimizə göstərici olmalıdır. Biz, əlbəttə, mənim həmkarımla beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimizdən danışacağıq. Bu fəaliyyət davamlı şəkildə inkişaf edir. Biz də, əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz Sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır. Bu qəbula görə bir daha sağ olun.
x x x
Prezident İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
14:00
13:58
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
28 noyabr 2024, 13:5811:04
Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə...
28 noyabr 2024, 11:0411:02
Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
COP29-da iştirak etmək üçün...
28 noyabr 2024, 11:0211:00
Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr...
28 noyabr 2024, 11:0015:35
PDF yükləyin
27 noyabr 2024, 15:3515:33
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7...
27 noyabr 2024, 15:3315:29
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa...
27 noyabr 2024, 15:2915:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Sevindik oğlu Novruzov Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2615:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilsin. ...
27 noyabr 2024, 15:2415:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilsin. ...
27 noyabr 2024, 15:2213:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək...
26 noyabr 2024, 13:49