Akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

15 noyabr 2017, 17:55

2017-ci ildə Azərbaycanın görkəmli riyaziyyatçı alimi, tanınmış pedaqoq, əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynovun anadan olmasının 110 illiyi tamam olmuşdur. 

Əşrəf Hüseynov fundamental tədqiqatlar müəllifi kimi aldığı nəticələr, yaratdığı nəzəriyyə və açdığı yeni istiqamətlərlə Azərbaycanda çoxəsrlik tarixə malik riyaziyyat elmini daha da zənginləşdirmiş, onun müasir mərhələdə inkişafına dəyərli töhfələr vermişdir. Uzun illər pedaqoji sahədə fəaliyyət göstərən və riyazi biliklərə dərindən yiyələnmiş yüksək hazırlıqlı mütəxəssislər nəsli formalaşdıran alimin çoxsaylı yetirmələri mənsub olduqları elmi məktəbin nailiyyətlərini layiqincə davam etdirmişlər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elmi qarşısında mühüm xidmətlərini və yüksəkixtisaslı kadrların hazırlanması işində səmərəli fəaliyyətini nəzərə alaraq, akademik Əşrəf Hüseynovun 110 illiyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə akademik Əşrəf Hüseynovun 110 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2017-ci il.

SƏNƏDLƏR Sərəncamlar 04 oktyabr 2022
14:42
Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə...

04 oktyabr 2022, 14:42
SƏNƏDLƏR Sərəncamlar 04 oktyabr 2022
14:40
Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə...

04 oktyabr 2022, 14:40
SƏNƏDLƏR Sərəncamlar 03 oktyabr 2022
14:09
Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən...

03 oktyabr 2022, 14:09
SƏNƏDLƏR Sərəncamlar 03 oktyabr 2022
14:07
Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Həsənov Tərlan...

03 oktyabr 2022, 14:07
SƏNƏDLƏR Sərəncamlar 03 oktyabr 2022
12:48
2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında”...

03 oktyabr 2022, 12:48