P.İ.Paşayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

29 iyun 2011, 19:10

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Paşa İsfəndiyar oğlu Paşayev Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2011-ci il.