Ramiz Salmanov və Şirin Mehdiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycanın hər bir guşəsində olduğu kimi, Binəqədi rayonunun 28 May qəsəbəsində də abadlıq və quruculuq işləri müvəffəqiyyətlə həyata keçirilir. Qəsəbəmizdə göz oxşayan yaşıllıq zolaqları salınıb. Hazırda isə yeni məktəb binası inşa olunur, yerüstü piyada keçidləri tikilir, küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılır. Bundan əlavə, Sizin Sərəncamınız əsasında qəsəbəmizdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb.
Möhtərəm cənab Prezident, ölkəmizin hər yerində, o cümlədən bizim qəsəbəmizdə görülən işlərə görə şəxsən öz adımdan və ağsaqqallar adından Sizə təşəkkür edir, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Salmanov Ramiz İsa oğlu
Mehdiyev Şirin Meşəbəyi oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi.