Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə

30 sentyabr 2017, 17:00

Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Çin münasibətlərinə böyük əhəmiyyət veririk. Ölkələrimiz arasındakı siyasi təmasların yüksək səviyyəsi, iqtisadi sahədə qarşılıqlı surətdə faydalı əməkdaşlığımız, daim genişlənən humanitar, mədəni əlaqələrimiz ikitərəfli münasibətlərimizin səciyyəvi cəhətlərindəndir.

İnanıram ki, ölkələrimizi birləşdirən dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli müstəvidə qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 sentyabr 2017-ci il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55