16:38

Kazanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən birgə bəyanat qəbul etmişlər.
Bəyanatda deyilir: “2011-ci il iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının prezidentləri Kazanda görüşmüş və onların tapşırığına əsasən, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsipləri layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçirmişlər.
Dövlət başçıları bir sıra məsələlərə dair qarşılıqlı anlaşma əldə edilməsini, bu məsələlərin həllinin Əsas Prinsiplərin bəyənilməsi üçün şərait yaradılmasına kömək etdiyini bildirmişlər.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi Rusiya, ABŞ və Fransa liderlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi probleminə daimi diqqətinə görə onlara minnətdarlıq bildirmiş və Rusiya Federasiyası Prezidentinin razılaşma əldə edilməsinə kömək üçün göstərdiyi şəxsi səylərini yüksək qiymətləndirmişlər”.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57