İlham Əliyev Kazanda “İT-Park” - yüksək texnologiyalar parkı ilə tanış olmuşdur

24 iyun 2011, 19:30
İlham Əliyev Kazanda “İT-Park” - yüksək texnologiyalar parkı ilə tanış olmuşdur

Prezident İlham Əliyev Kazanda Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə “İT-Park” - yüksək texnologiyalar parkı ilə tanış olmuşdur.

Dövlət başçısına Tatarıstanda müasir informasiya texnologiyalarının tətbiqi ilə yaradılmış ən böyük Məlumatların Emalı Mərkəzi barədə məlumat verildi. Bildirildi ki, 2009-cu ildən fəaliyyət göstərən “İT-Park” Rusiyada informasiya texnologiyaları sahəsində şirkətlərin inkişafı ilə məşğul olan ilk texnoparkdır.

Burada, həmçinin Tatarıstanın sənaye, o cümlədən neft-kimya potensialının, “Alabuqa” xüsusi iqtisadi zonasının, “Ximqrad” texnoparkının tədimatı təşkil olundu. Perspektiv texnologiyaların işlənib hazırlanması və tətbiqi ilə məşğul olan qurumların nümayəndələri dövlətimizin başçısına təmsil etdikləri şirkətlərin fəaliyyəti və məhsulları barədə ətraflı məlumat verdilər.

Texnoparkda Prezident İlham Əliyevə Tatarıstanın “elektron hökumət” sahəsindəki layihələri və qurumlararası vahid elektron sənəd mübadiləsi sisteminin imkanları nümayiş etdirildi. Azərbaycan Prezidenti, həmçinin xəsarət alanların xilas edilməsinin əlaqələndirilməsi sistemi - “Qlonass+112”-nin işi ilə tanış oldu və “İT-Park”ın biznes-inkubatoruna da baxdı. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, “İT-Park” biznes-inkubatoru informasiya texnologiyaları layihələrinin dəstəklənməsi və inkişafı, həmçinin onların gələcəkdə xarici bazara çıxarılması platformasıdır.

Prezident İlham Əliyev texnoparkdakı xatirə divarında ürək sözlərini yazdı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30