İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib

18 sentyabr 2017, 21:10
İlham Əliyev Nyu-Yorkda “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə iştirak edib

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yüksək səviyyəli tədbirdə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

BMT-də islahatlara ehtiyacın olduğunu deyən ABŞ Prezidenti Donald Tramp qurumun baş katibi Antonio Quterreşin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. D.Tramp vurğulayıb ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir.

BMT-nin Baş katibi Antonio Quterreş dünyada çoxlu sayda insanların münaqişələrdən, aclıqdan əziyyət çəkdiklərini bildirib. “Bu insanların yardımımıza ehtiyacı var. Biz qurumda ciddi islahatlar həyata keçirməli, işimizi daha səmərəli icra etməliyik. Biz qlobal təşkilatıq və insanların bizə olan etimadını doğrultmalıyıq”, - deyə A.Quterreş vurğulayıb.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55