22:12
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev ölkələrimiz, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Vyetnama dövlət səfərini və səfər zamanı Azərbaycanın ali məktəblərinin vyetnamlı məzunları ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı qeyd etdi ki, bu, çox səmimi bir görüş idi və sonra onlar Bakıya dəvət olundular, burada yaşadıqları və təhsil aldıqları yerləri ziyarət etdilər. Prezident İlham Əliyev, eyni zamanda, Vyetnamın bundan əvvəlki Prezidentinin Azərbaycana səfərinin əhəmiyyətinə də toxundu və bütün digər səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarda əməkdaşlığın, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının, təhsil sahəsində ənənəvi əməkdaşlığın, ölkələrimiz arasında mövcud olan tarixi-mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, xanım Çionq Txi Mayın Azərbaycana səfəri ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcək.
Xanım Çionq Txi May ilk növbədə dövlətimizin başçısına və Azərbaycan xalqına son illər əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcuddur. Çionq Txi May bu münasibətlərin əsasının Vyetnam xalqının lideri Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla vurğuladı. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinin tamam olacağını qeyd edən vyetnamlı qonaq Azərbaycanın müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. Xanım Çionq Txi May səfər proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində olduğunu vurğulayaraq bildirdi ki, biz Azərbaycanın müstəqil dövlət kimi bu səviyyəyə çatmasında Ulu Öndərin rolunun bir daha şahidi olduq. Qonaq qeyd etdi ki, Azərbaycan Vyetnamı Cənub-Şərqi Asiyada özünün etibarlı tərəfdaşı hesab edə bilər.
Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin...
01 noyabr 2024, 16:37Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən...
01 noyabr 2024, 11:09