14:00

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.
Prezident İlham Əliyev Həsən Ruhanini yenidən İran Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Bildirdi ki, bu, İran xalqının Prezident Həsən Ruhaninin həyata keçirdiyi siyasəti dəstəklədiyini göstərir. Prezident İlham Əliyev qeyd etdi ki, biz dost ölkə olaraq İranın uğurlarına sevinirik.
Dövlətimizin başçısı İran Prezidenti ilə xeyli sayda keçirdiyi görüşləri məmnunluqla xatırladaraq həmin görüşlər zamanı səmərəli danışıqların aparıldığını vurğuladı. Ölkələrimiz arasında imzalanan sənədlərin uğurla icra olunduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Prezident Həsən Ruhani ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayaraq dedi ki, biz ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədləri müvəffəqiyyətlə yerinə yetirmək üçün səylərimizi birləşdirməliyik. Qeyd etdi ki, İranın yeni seçilən hökuməti də Azərbaycan ilə dostluq münasibətlərinin inkişaf etdirilməsi işinə sadiqdir.
Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğuladı. Bildirdi ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan Prezident Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdi. İran Prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, Prezident İlham Əliyevi həmin tədbirə dəvət etdi.
Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayan İran Prezidenti ümidvar olduğunu bildirdi ki, Xəzərin statusu ilə bağlı səylərimizi əlaqələndirərək yaxın zamanlarda bu sahədə razılıq əldə etmək mümkündür.
Prezident Həsən Ruhani ölkəsi tərəfindən həyata keçirilən işlərdən danışaraq dedi ki, İran digər ölkələrlə birlikdə nəhəng layihələr həyata keçirir. İran həmin layihələrdə Azərbaycanın iştirakını və investisiya qoymasını alqışlayar. İran Prezidenti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin, elm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı.
Terrorizmin regionda sülhə və sabitliyə ciddi təhdid yaratdığını deyən Prezident Həsən Ruhani beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ilə birgə səylərin artırılmasında maraqlı olduqlarını qeyd etdi.
Prezident İlham Əliyev İran Prezidentinin Tehranda keçiriləcək Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünə dəvətini qəbul edərək, buna görə minnətdarlığını bildirdi. İran Prezidentinin fikirləri ilə razılığını ifadə edən dövlətimizin başçısı Bakıda keçirilən birinci üçtərəfli görüşün əhəmiyyətinə toxunaraq Azərbaycanın bu əməkdaşlığa fəal surətdə öz töhfəsini verdiyini dedi.
Dövlətimizin başçısı Şimal-Cənub layihəsinə toxunaraq qeyd etdi ki, Azərbaycan bu layihənin fəal iştirakçısıdır. Prezident İlham Əliyev ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan-İran iqtisadi əlaqələrindən danışan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev ölkəmizdə Ordubad su elektrik stansiyasının, həmçinin “İran Xodro” avtomobil zavodunun, əczaçılıq zavodunun inşasını iqtisadi əməkdaşlığımızın genişlənməsi baxımından yüksək qiymətləndirdi. Prezident İlham Əliyev bildirdi ki, İranın Azərbaycana investisiya qoyuluşu sahəsində də əməkdaşlıq üçün yaxşı imkanlar var. Azərbaycan Prezidenti qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirdi, investisiya qoyuluşu sahəsində də səylərin gücləndirilməsinin zəruriliyini qeyd etdi.
Prezident İlham Əliyev terrorizmin region üçün yaratdığı təhlükəyə toxunaraq dedi ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəni vacib sayır və bu sahədə birgə əməkdaşlıq etməyə böyük önəm verir.
Prezident İlham Əliyev İran Prezidentini onun üçün münasib olan vaxtda ölkəmizə səfərə dəvət etdi.
İran Prezidenti dəvətə görə minnətdarlığını bildirdi.
2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı,...
10 iyun 2025, 13:03Hörmətli cənab Prezident,
Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya...
10 iyun 2025, 11:00İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...
07 iyun 2025, 14:50Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən...
05 iyun 2025, 19:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...
05 iyun 2025, 15:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...
05 iyun 2025, 15:28Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...
05 iyun 2025, 15:26Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...
05 iyun 2025, 15:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...
05 iyun 2025, 15:22Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...
05 iyun 2025, 15:20