14:10

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirdi və bunun ölkələrimizin regional əməkdaşlığının möhkəmləndirilməsi işinə xidmət etdiyini dedi. Azərbaycan Prezidenti bu formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlətimizin başçısı ümumilikdə əlaqələrimizin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığımızın genişləndiyini vurğuladı.
Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri Mixeil Canelidze, ilk növbədə, ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu dedi. İkitərəfli əlaqələrin fəal surətdə inkişaf etdiyini vurğulayan Mixeil Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu bildirdi. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirdi.
Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Hörmətli cənab Prezident,
Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Litvanı dostluq və əməkdaşlıq münasibətləri...
16 fevral 2026, 11:00
Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Dost ölkə və...
15 fevral 2026, 10:37