İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur

22 iyun 2011, 21:50
İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur

Brüsseldə Prezident İlham Əliyevin və Avropa İttifaqının prezidenti Herman Van Rompeyin görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Şərq tərəfdaşlığı” Proqramı, energetika sahəsində əməkdaşlıq, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsi perspektivləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55