22:30
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30
- Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.
Mən ikitərəfli əlaqələrimizin genişlənməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsini vacib hesab edirəm. Bu baxımdan Sizin 2009-cu ildə Azərbaycana uğurlu səfərinizi xüsusi qeyd etmək istəyirəm.
Bu gün əlaqələrimizin yeni mərhələsində ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, informasiya texnologiyaları, turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Lakin etiraf etmək lazımdır ki, iqtisadi münasibətlərimizin göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir. İnanıram ki, səfərim zamanı keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi və müzakirələr ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir.
Azərbaycan və Sloveniya xalqları çətin günlərdə bir-birinə dayaq olmuşlar. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə burada qəhrəmancasına həlak olmuş “Mixaylo” təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın xatirələrində yaşayır.
Sloveniya xalqı bu gün də öz qəhrəmanlarını unutmur. Novo Qoritsa şəhərində müxtəlif ictimai qurumların nümayəndələrinin, xüsusilə Mehdi Hüseynzadənin silahdaşlarından ibarət 80-ə yaxın sloveniyalının yeni yaranmış Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-birinə olan hörmətini və diqqətini nümayiş etdirir.
Azərbaycan ilə Sloveniyanın beynəlxalq və regional təşkilatlarda – xüsusilə BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığı böyük məmnunluq doğurur. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, eləcə də bu ilin yanvar ayında imzalanan “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” bunun bariz nümunəsidir. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.
Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və istehsal etdiyimiz neftin və qazın Avropaya nəqli üçün irəli sürülən təşəbbüsləri nəzərdən keçirməyə hazırıq. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə imkan verir.
Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 digər rayon 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu, Azərbaycanın ümumi ərazisinin təxminən 20 faizini təşkil edir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İKT, ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, icazə verin, bu badələri Sizin şərəfinizə, Azərbaycan ilə Sloveniya arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.
Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb...
08 may 2025, 22:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...
08 may 2025, 16:272025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olur.
Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin...
08 may 2025, 16:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
08 may 2025, 16:23Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
08 may 2025, 16:21Hörmətli Zirvə Toplantısının iştirakçıları,
Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə...
08 may 2025, 15:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə...
08 may 2025, 13:02Hörmətli cənab Baş katib, Sizi Azərbaycanda bir daha salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz Vyetnam-Azərbaycan...
07 may 2025, 18:28